VƏTƏNİN BƏXTİ-YARI, Şəhid Bəxtiyar İslamov


And olsun xalqımın hər öyüdünə!
Ana laylasına, ana südünə!
Körpənin açdığı dilə and olsun,
Vətənə and olsun, elə and olsun,
Qisas almayınca atəşim sönməz!
Düşmən ölməyincə, ruhum sevinməz!


Qırx dörd günlük Zəfər yürüşündə qanı, şirin canı ilə Azərbaycanın yeni tarixini yazanlardan biri – Vətənin bəxti-yarı, Bəxtiyar Saleh oğlu İslamov Vətənə, konstitusiyaya , elə, dilə and içib ön cəbhəyə gedənlərdən idi! Bəxtiyar, 44 günlük Vətən Müharibəsində, vətən toroaqlarnı dəlib-deşən düşmən güllələrinə sinəsini sipər edənlərdən, vətənin qoynunda göyərənlərdən- bitənlərdən oldu!
Hər anı, hər günü bir tarix olan Vətən Müharibəsində, öz döyüş taktikaları ilə vətənə layiqincə xidmətlər göstərən Bəxtiyar da bir çox silahdaşları kimi, ölümün ən ali zirvəsini fəth etdi, Şəhidlik Zirvəsini!
“Vətən uğrunda döyüşənlər” rubrikasının növbəti qəhrəmanı Bəxtiyar İslamov, 1997-ci il iyunun 11-də Şirvan şəhərinin Çııpaqlı qəsəbəsində dünyaya göz açır. Ailənin ilki Bəxtiyar, 2004-cü ildə qəsəbədəki, Arif Hüseynov adına 4 saylı məktəbin birinci sinfinə daxil olur. 2012 ci ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyədə verərək qəbul olunur. 2015-ci ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilən Bəxtiyar İslamov, 2019-cu ildə Ali Hərbi Məktəbi başa vurduqdan sonra, Bakıdakı Təlim-tədris Mərkəzində altı ay kurs keçir, Leytenant rütbəsi alır.
Xəritəçi Kəşfiyyatçı olaraq, hərb sahəsində sirrlərə dərindən yiyələnən Bəxtiyar İslamov, 2020-ci ilin yanvar ayından Yaşma- 052 saylı Hərbi Hissədə, Baş Kəşfiyyatı və Qrup Komandirinin Müavini olaraq hərbi qulluğa başlayır. 2020 – i ilin 27-si sentyabrnda, öz terrorçu mahiyyətini dünyaya bəyan edən və hüquqi ərazilərimizə yenidən hücuma keçən işğalçı erməni qüvvələrinə qarşı, əks hücum əməliyyatına qoşulmaq üçün, Bəxtiyar da qulluq etdiyi hərbi hissədən, ön cəbhəyə yollanır.
Öz mənfur niyyətindən əl çəkməyən düşmənin sivil xalqa, dinc əhaliyə, ümumilikdə isə Vətənə tuşlanan ağır artelleriya atəşlərini susdurmaq üçün, gənc Leytenant Bəxtiyar İslamov, bütün hərbi potensiyasından istifadə etməyi gözə alır. O cəbhənin Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə, əsl vətənpərvərlik göstərir. Azərbaycanın XTQ-nin Kəşfiyyatçısı olan Bəxtiyar, düşmənin döyüş mövqelərinin darmadağın edilməsində, hərbi silah-sursat anbarlarının müəyyənləşdirilib məhv edilməsində xüsusi xidmətlərini həyata keçirir .Ağr döyüşlər zamanı yaralanan Baş Kəşfiyyatçı və Qrup Komandiri Anar adlı döyüşçünü, atəşlər altında neytral ərazidən çıxarmağa nail olur.
Apardığımız müsahibə zamanı şəhidin anası Gültəkin xanım bildirdi ki, cəbhəboyu ağır relyefə malik yüksəkliklərin işğaldan azad edilməsində xüsusi xidmətləri olan oğlu – Kəşfiyyaçı Bəxtiyar İslamov, döyüş dostlarının bildirdiyinə görə, müharibədə düşmənin xeyli qüvvəsini məhv edir, yaralı dostlarını kürəyində daşıyır! Düşmənə qarşı peşəkarcasıma vuruşur! Bəxtiyar , Hadrutun işğaldan azad edilməsi prosesində gərgin mübarizə aparır. Canını Zəfər yolunda , 2020- ci il oktyabrın 11-i son damla qanına qədər şücaətlə vuruşaraq fəda edən Bəvtiyar, Vətən uğrunda qəhrəmanlıqla şəhid olur!
Əbədi səadətin-zirvəsini fəth edən, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlısı, Leytenant Bəxtiyar İslamovun tabutu, 2020-ci il, 12 -si oktyabrda doğulduğu Şirvan şəhərindəki, Çılpaqlı qəsəbəsinə gətirilir. Elə həmin gün Qəhrəman şəhidimiz, XTQ-nin Leytenantı Bəxtiyar İslamov, Şirvan şəhərində, Əbədi Həyatın Məsgəni olani Şəbidlər Xiyabanında torpağa əmanət olunur!


Vətən uğrunda şirin canından keçən şəhidimizin xatirəsi, həmişə əziz tutulmaqdadır. Şəhidin ailəsi Şirvan şəhər İcra Hakimiyyəti Başçısı və aidiyyatı təşkilatlar tərəfindən ziyarət edilir, qayğıları ilə maraqlanılır. Bildirək ki, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə Şanlı Respublikamızın, düşmən qüvvələrdən azad edilməsi uğrunda gedən 44 günlük Vətən Müharibəsində, qəhrəmancasına şəhid olan XTQ-nin Kəşfiyyatçı, Leytenantı Bəxtiyar İslamov, ölümündən sonra Cənab Prezidentin əmri ilə “Füzulinin azad olunmasına görə , “Cəbrayılın azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Vətən uğrunda” , “Cəsur döyüşçü” Medlları ilə təltif edilib .
Məkanın cənnət olsun, Vətən Bəxti-Yarı, Bəxtiyar şəhidimiz! Bu Vətən sənin şücaətinlə azaddır!


HƏMİDƏ FAZİLQIZI
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma