Şəhid Emil Hümbətov – o vətənin bir parçasıdır

Vətənin müdafiəsi hər birimiz üçünə ən ülvi, ən uca, ən müqəddəs işdir.Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar, cənnətə gedirlər.Şəhidlərin qəhrəmanlığı xalqın xatirəsində əbədi yaşayacaqdır.

Heydər Əliyev


Mənəvi və maddi bütövlüyümüz olan
böyük evimiz Azərbaycanımızın ayrılmaz parçası Qarabağın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimizdən biri də Emil Tərlan oğlu Hümbətovdur.
O, 2020‐ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə səfərbər olan, ilk könüllülərdən idi. E.Hümbətov, 1992-ci ilin oktyabr ayının 30‐da Şirvan şəhərində dünyaya göz açmışdı. Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə ,1997- 2006‐ci illərdə təhsil almış, doqquzuncu sinfi bitirfikdən sonra, təhsilinin qalan hissəsini Şirvandakı , daha bir şəhidin adını daşıyan Bəhruz Aslanov adına,16 nömrəli tam orta məktəbdə davam etdirmişdi. Onbirinci sinfi bitirdiyi 2008 ‐ci ildə Emil Hümbətov, Birinci Qarabağ Müharibəsininin şəhidi, Natiq Quliyev adına Şirvan Peşə Liseyinin “Mühasibat işi” fakültəsinə daxil olmuş, eyni zamanda həm də modelyer sənətinə də yiyələnmişdir.
Doģmaları ilə müsahibəmizdə örənirik ki, həqiqi hərbi xidmətə 2010-cu ildə çağırılan E.Hümbətov, xidmətini Azərbaycan Silahlı Oüvvələrinin tərkibində , Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yeririb. Emil, hərbi xidməti dövründə həm də atıcılıq kursuna yazılıb, kursu bitirdikdən sonra isə çavuş rütbəsi alıb. Xatırladaq ki, Emilin hərbi xidməti dövründə, “N” saylı hərbi hissənin komandiri, əfsanəvi qəhrəman , 2020‐ci ilin Tovuz hadisələrində şəhid olmuş gueneral‐ mayor Polad Həşimov olub.
 2012- ci ildə ordu sıralardan tərxis edildikdən sonra E. Hümbətov, ailəsinin verdiyi məlumata əsasən, bir müddət mühafizə xidmətində də çalışıb. O, 2016 – çı ilin sentyabrında, qardaş Türkiyə Respublikasının özəl tikiş fabriklərindən birində iş ləklifi aldığı üçün, həmin ildən Türkiyəyə gedib. Emil, dord il sərasər Türkiyədə yaşamaqla yanaşı, həm də modelyer və satış meneceri işlərini həyata kecirib. E.Hümbətovun valideynləri ilə apardığım müsahibələrdən məlum olur ki, dörd il Türkiyədə çalışdıqdan sonra O ,2020 ci ilin iyulunda Şirvana qayıdıb. Azərbayçanda baş verən Vətən Müharibəsinə yolaman, ilk çaģırışçılardan biri olan. Emil, erməni silahlı qüvvələrinə qarşı əks hücuma, sentyabrın 29‐da, Cəbrayıl rayonundan başlayıb. Emil Hümbətov, tarixi qələbəmizə gedən şərəf və zəfər yollarını daha sonra, Füzulidə davam etdirib .Füzulinin, bir çox kəndlərinin erməni işğalçılarından azad edilməsi prosesindəki mühüm döyüşlərdə, düşmənə qarşı fədakarlıqla vuruşub. Qələbə əzmi ilə mübarizəni davam etdirən
E.Hümbətov, topçu xidməti göstərməklə, bir çox mövqelərimizin o cümlədən , erməni işğalına məruz qalmış kəndlərimizin, düşmən əsarətindən təmizlənməsində uğurlu döyüş əməliyyatları həyata keçirib. Erməni təcavüzkarlarına qarşı mübarizəni gücləndirmək məqsədi ilə, silahdaşlarını yüksək döyüş ruhuna səsləyən E.Hümbərov , babalarımızın tarixi keçmişıni ruhunda yaşadan doğma Qarabağın, Azərbaycana qovuşması naminə, , mənfur erməni silahlıları ilə cəsarətlə mübarizə aparıb. Topçu‐çavuş E Hüçbətov, mənfur erməni hərbi birləşmələrinin xeyli sayda canlı qüvvəsini, həmçinin, texnikasını məhv edərək sıradan çıxarıb.
Təəssüf hissi ilə qeydə alaq ki, şücaətli vətən oğlu Emil, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə, son anlara qədər, qəddar düşmənlə mübarizə aparsa da düşmənin atdığı raket mərmisinin çoxsaylı qəlpələr ilə, 2020 ‐ ci ilin 11 oktyabr tarixində ağır yaralanaraq həlak olub. Neytral ərazidən oktyabrın, 12 ‐də nəşi çıxarılaraq ,doğulduğu Şirvan şəhərinə gətirilən şəhid Emil Tərlan oğlu Hümbətov, elə həmin gün , Birinci Qarabağ Mühararibəsi illərində, 137şəhid vermiş Şirvanın, müqəddəs Şəhidlər Xiyabanında daha 21 yeni şəhidini qoynuna alan ana torpaqda, böyük izdiham və ehtiramla dəfn edilib.
Dəfndə, Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Şirvan Şəhər Prokurorluğunun, Daxili İşlər Nazirliyinin əməkdaşları, Şirvan bələdiyyəsinin məsul işçiləri, eləcə də Azərbayçan Silahli Qüvvələrinin hərbçiləri, əsgər və zabitlər, şəhidin təhsil aldığı Şirvan şəhərindəki, 9 və 16 nömrəli tam orta məktəblərin müəllimləri iştirak ediblər.
Emilin ailə üzvləri ilə müsahibələrimizdən bəzi hissələri, diqqətinizə çatdırmağı gərəkli hesab edirəm.
Şəhidin atası Tərlan Hümbətovun dedikləri:
Emil , həyatla iyirmi səkkiz yaşında ikən vidalaşdı. Bir coxları, valideynlərini baba ‐ nənə edəcəyi yaşının gecikdiyini desələr də indi, Emilin õlümə tələsdiyini bildirirlər! Amma, mən belə düşünmürəm. Deyərlər; ‐Torpaq əgər uğrunda ölən varsa vətəndir! Emil də ölmədi, doğma vətəni Azərbaycamın bütövlüyü uğrunda gedən müharibədə, ermənilərlə mübarizə apararkən şəhid oldu!
Emilin yeni yaşı, şəhadətə qovuşduqdan sonra, Şəhidlər Xiyabanında xatırlandı, anıldı.. Emil, õz doğum gününü ,öz məsləkdaşlarının əhatəsində, şəhidlərimizin birlik məkanı olan Xiyabanda keçirtdi! Dostlarla bir arada olmaq, ona,necə də xoş idi! Şəkildən boylanıb elə xoşbəxtcəsinə gülümsəyirdi ki!? Bu gün
Emil sıradan birisi deyil, vətənin öz parçasıdır!
Şəhidin anası Sevinc Hümbətovanın dedikləri:

Mən bir ana olaraq, Emil kimi qəhrəman, vətənpərvər övlad yetişdirdiyim üçün qürur duyuram. Emil, bu gün Azərbaycanı doģma Qarbağa qovuşduranlardandır!
Emil, hər gün xalqın yaddaşında yenidən doğulanlardandır! O, bütün vətən fədailəri kimi şəhidliyi ilə Allahın dərgahına sığınıb! Emil, 21 gün idi ki, Haçiqabul rayonunda yerləşən bir şirkətdə ixtisası üzrə işə başlamışdı. Bir, və iki rəqəmləri Emili çox zaman izləyirdi. Bu rəqəm məni , həmişə bir ana kimi narahat edirdi. İyirmi bir, və ya on iki… Axırda yenə bir, və iki rəqəmləri… Emil, on iki gün idi ki , cəbhədə erməni qatillərl ilə mübarizə aparırdı. Biz, onunla oktyabrın onunda saat on iki radələrində, qısa döyüş fasiləsi zamanı, bir ‐iki kəlmə danışa bildik. Üstundən iki saat kecmişdi ki , şəhid olduğu haqda məlumat verildi. Nəşini, oktyabr ayının on ikisində qarşıladıq , elə həmin tarixdə Şəhidlər Xiyabanına son mənzilə yola saldıq.
Şəhidin bacısı Aytacın dedikləri ;
‐ Emil , mənimçün təkcə qardaş yox həm də dost idi. O, məni də balaca qızım, Azranı da çox istəyirdi. Biz ailədə iki uşaq olmuşuq.
Uşaqkən hər şeyi bõlüşərdik. Təkcə, evdə bəslədiyi dovşanlar və göyərçinlərdən başqa! Təbiəti, ev heyvanlarını Emil çox sevirdi . Emil ,Vətəni daha çox sevdi! O, tez- tez , Milli Qəhrəman Polad Həşimovu xatırlayırdı. Həqiqi hərbi xidməti dövründə, Qəhrəman P. Həşimovun, özünün komandiri olduğunu böyük fəxarətlə dilə gətirirdi .Emil, evin hər tərəfində, stolüstü guşədə , divarlarda Polad Həşimovun şəkillərini saxlayardı.
Özü də onun kimi müqəddəs bir amal uğrunda, vətən uğrunda şəhid oldu!
Bəli, Emil Tərlan oğlu Hümbətov, Müzəffər Azərbaycan Ordusunun tərkibində, erməni təxribatına və təcavüzünə qarşı mübarizəni son damla qanına qədər davam etdirdi. Erməni terrorçularına layiq olduqları cavabı verərkən, tarixi torpaqlarımzın işğaldan azad edilməsi yollarında fədakarcasına həlak oldu. Şəhidliyi, cəbhədə göstərdiyi şüçaəti ilə, onu tanıyanların qəlbində yenidən doğuldu!
Emil‐ Şirvanın şəhid balası, Vətənini canından yüksəkdə tutan rəşadətli vətən oğlu , məkanın cənnət, ruhun şad olsun!
Yazılanlardan sonra.
Emil Tərlan oğlu Hümbətov, ölümündən sonra, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İ.Əliyevin sərəncamı ilə , 2020-ci ilin 15 dekabr tarixində “Vətən uğrunda” medalı ilə təltif edilib. Vətən yolunda canından keçən şəhidlərimizi, xalqımız heç zaman unutmayacaq.

Həmidə Fazilqızı (Azərbaycan Jurnalistlər Birliyinin üzvü və yazıçı-jurnalist)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma