Şəxsi heyyəti̇m cəbhədə məni gözləyir – ŞƏHİD FƏRRUX HÜSEYNOV

Bu dünyaya bir Fərrux, gəldi‐getdi. Gələrkən bir dünya sevinc gətirdi özü ilə. Gedərkən, üzümüzə yeni bir ömür kitabının səhifəsini açaraq yadigar qoydu.
Elə bir ömür kitabıının ki, hər sətrində Fərruxdan yadigar izlər, sözlər, əməllər qaldı. Elə bir izlər ki, illər‐qərinələr ötüb keçsə də bütün bunlar onu tanıyan, onu sevən doğmalarının, dostlarının, hərbçi yoldaşlarının, ümumilikdə isə xalqının, millətinin yaddaşından əsla silinməyəcək. Və bu xalq, bu millət var olduqca , Fərruxdan yadigar qalmış yarımçıq ömür kitabının səhifələri də yenilənəcək. Hər gün xalqın öz dilindən, Fərruxun qəhrəmanlığı haqqında yeni-yeni həyat hekayələri yazılacaq .

Hüseynov Fərrux Baxış oğlu, 1995–ci il aprelin 25-i Kürdəmir rayonunun Şilyan kəndində hərbçi ailəsində dünyaya gəlib, 2001‐2012‐ ci illərdə Kürdəmir rayonundakı Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbdə əhsil alır. 2012-ci ildə Heyrdər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunur.
2016-cı ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə başa çatdırır. Elə həmin ildən də Tovuz rayonundakı “N”saylı hərbi hissədə hərbi qulluğa başlayır. Bir müddət sonra Tank Bölüyünün Komandiri təyin edilir. Gənc tankçı Fərrux Hüseynov, Baş Leytenant rütbəsinə qədər yüksəlir.

Bir çox təlimlərdə və hərbi əməliyyatlarda təcrübəli tankçı kimi xüsusi xidmətləri olur.
Baş Leytenant Fərrix Hüseynov, qana susamış erməni hərbçilərinin növbəti torpaq iddiasıa hər bir azərbaycanlı övladının olduğu kimi, soyuqqanlı qala bilmir. İllərlə xəyallarında canlandırdığı azadlığın şirinliyini yaşamaq, erməni işğalı altında qalan vətən torpaqlarını mənfurlardan azad etmək Fərruxun ən Ali arzularından olur.
Hərb sahəsini təsadüfən seçməyən, böyük hərbçi nəslinin daha bir davamçısı olan Azərbaycan Silahlı qüvvələrinin Baş Leytenantı Fərrux Baxış oğlu Hüseynov, 2016‐2020‐ci illərə dək qulluq etdiyi Tovuzdakı “N” saylı hərbi hissədə göstərdiyi qüsursuz xidmətlərinə görə, dəfələrlə fəxri fərman və diplomlarla təltif edilir.
İyirmi şəksiz ildən artıq erməni tapdağı altında qalan torpaqlarımızın işğalına son qoymaq üçün başlanan qəhrəmanlıq tarixində‐ 2020‐ci ilin 27 -si sentyabrında, Müzəffər Ali Baş Komandan İ. Əliyevin, düşmənə cavab olan əks hücum əməliyyatı əmri verdyi ilk anlarda Fərrux da mübarizə meydanına atılanlardan olur. F. Hüseynov ilk döyüş yollarına cəbhənin Cənubboyu istiqamətindən- Füzulidən başlayır. O, müharibənin başlandığı elə ilk anlardan, bizim qanuni dədə-baba torpaqlarımızda düşməmlərimizin tikdiyi-qurduğu istehkamları dağıdıb‐ parçalayan qəhrəmana çevrilir. Ermənilərin çox sayda hərbi obyektlərini, strateji əhəmiyyətli hakim yüksəkliklərdə yerləşdirdikləri hərbi texnikalarını, o cümlədən xeyli sayda canlı qüvvəsini məhv edir. Tank Bölüyünün Komandiri Baş Leytenant, təcrübəli tankçı Fərrux Hüseynov, Füzulidən başladığı döyüş yollarını Cəbrayılda, Hadrutda, Zəngilanda və digər cəbhəboyu ərazilərdə davam etdirir. Bir çox kəndlərimizin .düşməndən azad edilməsində Fərruxun bir çox xidmətləri olur. Qəlbi sevgilərlə dolu, ruhuna vətənpərvərlik məhəbbəti çökmüş Fərrux Hüseynov, 44 günlük Vətən Müharibəsində, Milli Ordumuzun gücünü-qüvvəsini düşmənə layiqincə isbat edir.
Gülümsər çöhrəsi, parlaq baxışları ilə milyonların ürəyində taxt quracaq , bütünlüklə isə Azərbaycan xalqının qəhrəman övladına dönəcək, ailənin tək oğlu Fərruxun idarə etdiyi tank, Vətən Müharibəsində birinci dəfə oktyabrın 11-də vurulur. O, kəllə beyin travması alır və lBakıya, Papanın adına Hərbi Hospitala göndərilir.
Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı F. Hüseynovun atası-hərbçi Baxış Hüseynov, müsahibəsində billdirir ki, Fərrux Hərbi Hospitalda müalicə aldığı günlərdə, yalnız bu sözləri təkrar edirdi: “Mənim şəxsi heyyətim cəbhədə məni gözləyir , mən mütləq cəbhəyə qayıtmalıyam”!
Fərrux, Hərbi Hospitalda cəmi bir neçə gün müalicə olunur. Həmin günlərdə də hər daim, cəbhədəki əsgərlərini düşünür, onların yanında olmağının mühüm olduğunu bildirir. Bir neçə gündən sonra o, döydşləri davam etdirmək üçün, öz tələbi, öz istəyi ilə yenidən cəbhəyə qayıdır.

Hələ 2020-ci ilin 12 iyul tarixində terrorçu erməni həbi birləşmələrinin törətdikləri Tovuz hadisələri zamanı, General Polad Həşimovun qəhrəmanlıqla Şəhid olduğunu Paytaxt Bakıda ezamiyyətdə olduğu günlərdən eşitdiyi andan Fərruxun, mənfur Ermənistan Ordusuna olan nifrəti daha da artir. 2020- ci ilin Vətən Müharibəsində təkrar döyüş meydanına atılarkən də o, bir amal, bir məqsədlə vuruşur. Məramı, Azərbaycanın hər qarış torpağıını yadellilərdən azad etmək, Vətən yolunda şəhadətə qovuşan məsləkdaşlarının intiqamını almaq, üç rəngli Azərbaycan bayrağını Qarabağın baş tacı olan Şuşaya taxmaq olan Fərrux, elə bu arzu ilə də anba-an düşmən üzərinə yürüyür. Hərbçi dostları arasında həm də “Boz Qartal” fəxri adı ilə tanınan Baş Leytenant Fərrux Hüseynov, Şanlı Zəfər tarixinin parlaq səhifələrinə öz şücaətləri ilə yeni bir imza atır. Azərbaycanın şərəf simvolu olan üc rəngli bayrağını Şuşaya taxmaq arzusuyla Fərrix, düşmənə qarşı mərdliklə mübarizə aparır. Vətən uğrunda aparılan ölüm-qalım savaşında, Məsud və Xoşbəxt yaşamaq eşqi sonsuz olan Fərrux, ANA TORPAQ üstə şirin canından keçməyi göz önünə alır.
44 günlük Vətən Müharibəsində düşmənlərə sarsıdıcı zərbələr endirərək lərzəyə salan Fərrux hər bir Qəhrəman Övladının Şanlı Vətəni olan doğma Azərbaycanımızın suverenliyi uğrunda, düşmənlə ölüm dilim savaşında ANAMız AZƏRBAYCANın, parçalanmış xəritəsini bütövləşdirərkən, Vətən Müharibəsində öz şücaətləri ilə, mənfur düşmənin müdafiə mövqelərinin yarılmasında və məhv edilməsində bir çox həyat sınaqlarından keçir. Düşmən üzərinə şığıyan qəhrəmanımızın tankı, çalınacaq Qələbə sorağının bütövləşən Azərbaycanımızın bütün regionlarına çatdırılmasına bir neçə saat qalmış, 2020‐ci il noyabrın 9-da Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı vurulur. Qatı tüstüdən boğulan 3 nətər heyət üzvünün xilas edərkən Fərrux, ikinci dəfə yaxınlıqda partlayan minamyotun çoxsaylı qəlrələri ilə yaralanaraq, qəhrəmancasına şəhid olur.

Arzusu, üç rəngli bayrağımızı Şuşada dalğalandrmaq olan Zəfər Şəhidmiz Fərrux Hüseynovun tabutu elə həmin ğün, Azərbaycanın bayrağına bükülərək , noyabrın 9‐da doğulduğu Kürdəmir rayonuna gətirilir. Şəhid F. Hüseynovun nəşi böyük izdihamla Kürdəmirin , Müqəddəs Şəhidlər Xiyabanında, zəfər salnaməsi yazan məsləkdaşlarının‐ şəhiddaşlarının baş qoyduğu torpağa əmanət edilir

HAŞİYƏ
Vətən Müharibəsində fədakarlıq və böyük şücaətlər göstərərək, qəhrəmancasına Şəhid olan, Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı Fərrux Baxış oğlu Hüseynovun xatirəsi, bu ğün publika tərəfindən tez-tez anılmaqda, yad edilməkdədirdır. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün, bir vaxtlar yaşadığı həyətdə Ehsan Bulağı tikilərək istifadəyə verilib. Yaşadığį evdə xatirəsinə həsr edilən guşə yaradılıb. Hərbi fəaliyyəti dövründə, ona təqdim olunan döş nişanları, diplom və fəxri fərmanları ilə yanaşı indi, xatirəsinə həsr edilən həmin guşədə, Fərruxdan yadigar bir dəst zabit munditi, fotoşəkilləri, şəxsi əşyaları qorunaraq saxlanılır. Və bir də həmin guşədə şəhidlik yazılan taleyinə- bəxtinə qismət olmayan, Şəhadətə qovuşmasından cəmi bir neçə ay keçmiş, nişanlısının geri qaytadığį bir bəxt üzüyü və toy xançaları da yer alır. Bir neçə il nişanlı olan Fərruxa ,”Toyun Mübarəkdir”! deyil, indi onun bəy otağını bəzəyən şərəfli ölümünə‐ Şəhadətinə, “mübarəkdir! “-deyilir!
Böyük fəxr və qürur hissi ilə ” Oğullar vətən üçün doğulurlar”‐ deyən valideynləri – anası Səhər xanıma və atası Baxış müəllimə , həmçinin “Vətən sağ olsun”!‐ söyləyən, rayonun sayılıb seçilən ziyalılarından olan, yaşının müdrik çağlarını yaşayan el ağsaqqalı, təcrübəli pedaqoq Saytay Heydər oğlu Hüseynova Allahdan, böyük səbr dilənir. Vətən, xalq, millət yolunda şirin canından keçən Fərruxun ruhuna, möminlər tərəfindən dualar oxunur, şəninə şeirlər yazılır, mahnılar bəstələnir. Bir sözlə, xatirələrdə, könüllərdə yaşayan Şəhid Fərruxun, gedərkən açıq qoyduğu yarımçıq qalmış ömür kitabının səhifələrinə xalqın öz dilində yenin-yeni hekayələr yazılır.
Məkanı çənnət olsun.

YAZILANLARDAN SONRA.
Otuz ilə yaxın bir işğalın sonluğunu, qızıl qanı ilə Azərbaycan Tarixinə həkk edən Zəfər salnaməsinin Şəhidi Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı Fərrux Baxış Oglu Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublıkasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə, ölümündən sonra
“Vətən uğrunda”‘medalı, “Cəbrayılın azad olunmasında görə” medalı ,”Zəngilanın azad olunmasına görə” medalı, “Xocavəndin alınmasına görə” medalı ilə təltif edilib.

Həmidə Fazilqızı (Yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma