Vətən Müharibəsi qəhrəmanı – Fazil Razim oğlu Məmmədli

Fazil Razim oğlu Məmmədli 1998-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olmuşdur. 2004-cü ildə həmin qəsəbənin Habil Əzizov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2015-ci ildə 11-ci sinifi bitirmiş, 2016-cı ildə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə başlamışdır, 2018-ci il də xidmətini bitirmiş, 2019-cu ilin aprel ayından Qazax şəhərində yerləşən N saylı hərbi hissədə Manqa komandiri kimi xidmətinə davam etmişdir. 2020-ci ilin iyul aylarında snayperçi kimi xüsusi qrupa daxil olmuşdur. Müharibə başladığı müddətdə Tovuzda, Daşkəsəndə və bir çox yerlərdə iştirak etmişdir. Tovuzda döyüşərkən snayperlə bir atışla düşmən baş leytenantını məhv etmişdir. Oktyabr ayının 11-də Füzuli rayonuna göndərilmişdir. Oktyabr ayının 12-si Füzuli rayonunun Şükürbəyli, Əbdülrəhmanlı kəndləri arasında yerləşən Ohanyan istehkamının alınması uğrunda gedən döyüşlərdə Qəhrəmancasına Şəhid olmuşdur. Şəhidlik zirvəsinə ucaldıqdan sonra “Vətən uğrunda” , “Döyüşlərdə Fərqlənməyə görə” , “Füzulinin azad olunması görə” medalları ilə təltif olunmuşdur. Döyüş yoldaşlarının dediyinə görə qardaşımı Füzuliyə aparmayacaqdılar, ancaq qardaşım ora getmək istəmiş: “Gərək oğlan kişi kimi gedə, kişi kimi vuruşa” – deyərək maşında gedən əsgər yoldaşları ilə bir-birilərinə söz veriblər ki, sağ-salamat gələk ailəmizi gəzintiyə apararıq, anam mənim toyumu görər, mənim qurbanımı kəsər…

Günay Məmmədli (Şəhid Fazil Razim oğlu Məmmədlinin bacısı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma