ZƏFƏR YÜRÜŞÜNÜN QƏHRƏMANI – Şəhid Xəqani Məmmədov


Şəhidlik, hər kəsin əlinin çata bilməyəcəyi müqəddəs bir zirvədir. Bu zirvəni fəth etmək üçün, sürətli zəfər yürüşünə çıxanlardan biri də doğma Qarabağı xəyallarında təsvir edən, valideynlərinin söhbətlərindən tanıyan, əslən isə Zəngilan rayonunun Qaradərə kəndindən olan Xəqani Füzuli oğlu Məmmədovdur. Valideynlərinin otuz illik yurd həsrətinə son qoyan Xəqani Məmmədov 30 mart 2002-ci ildə Şirvan şəhərində dünyaya göz açıb. 2008-cı il 15 sentyabrda Zəngilan rayon 3 saylı tam orta məktəbinin (Şirvan şəhərində yerləşən)1‐ci sinfinə qədəm qoyub. Onun İlk ibtidai sinit müəllimi Toqət Dostalıyeva idi. Öyrənirik ki, Xəqani on bir il həmin məktəbdə orta təhsil alır. 2019-cu ildə Zəmgilan məktəbinin məzun olur. Ailədə daha bir bacısı və bir qardaşı olan Xəqani, ailənin ilk övladı idi.

Anası Zülfiyyənin xəstəliyii ilə bağlı məsələləri və məsrəfləri Xəqaninin yüksək təhsil almaq istəyini arxa plana keçirir. Odur ki, müxtəlif peşələrdə işləyir, 2020-ci il may ayının 5-i həqiqi hərbi xidmətə yollanır. Xidmətə Goranboydakı “N “saylı hərbi hissədən başlayır.

İllərlə vətən həsrəti, yurd məhəbbəti ilə yaşayan bir vətən oglu kimi, 2020-ci il 27-si sentyabrda ikinci Vətən Müharibəsi başlayan gündən, Xəqani də öz torpaqlanın müdafiəsinə qoşulur.1993-cü ilin noyabrından Şirvan şəhərində məskunlaşan doğmalarına, valideynlərinə düşmən üzərinə addım-addım irəlilədiyini sonuncu telefon danışığında bildirir. Xəqani onlara tezliklə qələbə müjdəsini verəcəyini söyləyir.


Erməni təxribatına qarşı əks hücumlarda şücaətləri ilə fərqlənən cəsur Azərbaycan əskəri, bu haqq savaşını Ağdamın bir çox kəndlərində davam etdirir. Xımdırıstan, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəallıq nümayiş etdirərək düşmənə layiq olduğu cavablar verir.
2020-ci il oktyabrın 4-ü Suqovuşan uğrunda aparılan mübarizədə düşməni sarsıdıcı zərbələrlə geri çəkən Xəqani, öndə gedərkən, komandiri Məhəmməd Şəbiyev ilə eyni andaca düşmənin ağır artilleriyadan atdığı mərmilərin yeddi sayda qəlpələri ilə qəhrəmancasına şəhid olur. Beş gün sonra nəşi, neytral ərazidən çıxarılan Xəqani, oktyabrın 9-da doğulduğu Şirvan şəhərinə şəhid kimi qayıdır. Məcburi köçkünlər şəhərciyindəki yeni mənzilində son bir gecəlik valideynlərinə “qonaq”olan qəhrəmanımızın nəşi, oktyabrın 10-da Şirvanın Şəhidlər Xiyabanında torpağa əmanət verilir.

Bu günlərdə cəsur döyçü, Vətən Müharibəsinin şəhidi, X.Məmmədovun ailəsini ziyarət etdik.
Şəhidin atası Füzuli Məmmədov və anası Zülfiyə Səmədova ilə müsahibə apardıq. Öyrəndik ki, hər bir şəhid ailəsində olduğu kimi, Məmmədovlar ailəsinə də dövlətimiz tərəfindən lazımi qayğı və diqqət göstərilir, şəhid Xəqaninin xatirəsi yad edilir. Sadə, zəhmətkeş şəhid atası Füzuli Məmmədov bizimlə müsahibəsində dedi :
-1993-cü ilin sonlarında, erməni işğalçılığının təcavüzü nəticəsində Zəngilandan didərgin düşdük və Şirvan şəhərində məskunlaşdıq. Əvvəllər Şirvandakı 28 nömrəli peşə məktəbinin binasında yaşayırdıq. Xəqani də həmin ünvanda dünyaya göz açıb. Hər kəs üçün doğulduğu yer-yurd gözəldir, əzizdir. Bədnam qonşularımız bizi, doğma yurdumuzdan didərgin salsalar da yurdumuzun heç vaxt unutmadıq. Doğma
Zəngilanın – Qaradərənin təbiəti, iqlimi ,Süsən meşənin, Qarı bulağının gözəlliyi haqqında Xəqaniyə tez- tez danışardım. Xəqani, Zəngilanı görməsə də həmin diyarı, doğulduğu Şirvan şəhəri qədər sevirdi.O yerləri azad görmək, bizim hər birimizin arzusu idi. Bu gün fəxr edirəm ki döğma vətənimizin, düşmən tapdağından azad edilməsində, Xəqaninin də izi, zəhməti var! Xəqani Qarabağı, eməni canilərindən azad edərkən, qanlı-qadalı vuruşlanda əsil qəhrəmanlıq göstərərkən Şəhadətə qovuşub! O, öz əməlləriylə “Bu gün şəhid varsa ,demək Vətən var!” ‐ ifadəsini isbat edib!
Zülfyə Səmədova. Şəhid anası:
-Vətən Müharibəsində şirin canından keçən hər bir şəhidin anası hesab edirəm özümü.
Xəqani kimi vətənpərvər övladımla fəxr edirəm. Bu gün təsəllim böyükdür, çünki vətən üçün doğulan oğulların birliyi nəticəsində, torpaqlarımız işğaldan azad edilib. Bu azadlıq yürüşünə çıxanlardan biri də Xəqani olub.

2019-cu ilin son günlərindən, Şirvan şəhərində bizim ailəmizə də yeni yaşayış kompleksi olan Qaçqın Şəhərciyində yeni mənzil verilib. Buna daha çox sevinən də məhz Xəqani idi. O, öz otağının olmasını necə də arzulayırdı!? Xəqani yeni mənzilimizdə cəmi üç ay yaşaya bildi. Həqiqi Hərbi Xidmətə getdiyi də cəmi üç ay idi ki, Vətən müharibəsi başladı.Təsəllim budur ki, İndi Xəqanimin Şirvan şəhərində daha böyük, daha gözəl, daha qonaqlı-qaralı böyük bir evi var! Bu ev ŞİRVANIN ŞƏHİDLƏR XİYABANIdır! İndi Xəqani yeni evində rahatdır!
Anası Zülfiyə xanımı dinlədikcə bir daha inanırıq ki: “Səndən ötrü qan tökməyə cümlə hazırız!” -deyib düşmən üzərinə atılan Şəhid Xəqaninin ailəsi müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində, yaxın gələcəkdə işğaldan azad edilən və onları gözləyən doğma yurd yerlərinə dönəcəkləri günü gözləyir.
Haşiyə; Şəhid Məmmədov Xəqani Füzuli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!

HƏMİDƏ FAZİLQIZI.
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma