Vətən müharibəsinin qəhrəman şəhidi Namiq İlyas oğlu Xəlilov

Şanlı Azərbaycan Ordusunun düşmənə qarşı həyata kecirdiyi əks hücum əməliyyatından, yəni tarixdə 44 günlük müharibə adı ilə qalan Vətən Müharibəsində qazanılan qələbədən söz düşəndə, Şirvanın daha bir qəhrəman oğlu, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, Gizir Namiq Xəlilovun da bu savaşda keçdiyi şərəf yollarından söhbət açılır. Etiraf etməliyik ki, Azərbaycanın qazandığı bu tarixi qələbə Vətən naminə canını torpağa qurban verən, minlərlə vətən sevdalı qəhrəman namiqlərin qanı ilə əldə edildi!
Namiq İlyas oğlu Xəlilov, 1992-ci il iyunun 15-də Şirvan şəhərində anadan olub. 1999-cu ildə, Şirvan şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırov adına 11 nömrəli məktəbin birinci sinfinə qədəm qoyur. Ailənin böyük övladı olan Namiq, onbirinci sinfi 2011-ci ildə başa vurub. Elə həmin ildən də həqiqi hərbi xidmətə çağırılır. Gəncədəki 052 saylı hərbi hissədə xidməti borcunu yerinə yetirən Namiq, 2011-2012-ci illərdəki hərbi xidməti dövründə, atıcılıq kursunu bitirir və Kəşfiyyat Bölüyünə üzv yazılır. Hərb sahəsinə böyük marağı olan qəhrəmanımız, dəfələrlə komandanlığın verdiyi kəşfiyyat xarakterli əmrlərin öhtəsindən bacarıqla gəlir, keçdiyi xüsusi təlimlərdə hərbin bir çox sirrlərinə yiyələnir, Azərbaycan, Türk və Rus dillərindən sonra, Gürcü və Erməni dillərini də öyrənir. O, hərbi hissənin xətti ilə kursa göndərilir, “Rabitəçi Kəşfiyyatçı” ixtisasa yiyələnir, kiçik gizir rütbəsi ilə hərbi hissədə saxlanılaraq, Azərbaycan Silahlı Qüvvələrində qulluğa başlayır.
Dəfələrlə Xüsusi Təyinatlı Qüvvələrdə uğurlu əməliyyatların təmin edilməsində xidmətləri olan Namiq Xəlilov, daha sonra Gizir rütbəsi alır. 2013-cü ildən hərbi qulluğunu 203 nömrəli hərbi hissədə, Xüsusi Təyinatlı Kəşfiyyatçı Gizir olaraq davam etdirməyə başlayır. 2016-cı ilin dörd günlük Aprel Müharibəsində XTQ-nin giziri – Rabitəçi Kəşfiyyatçı Namiq İlyas oğlu Xəlilovun Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin Komandaığı altında, Talış kəndinin düşmən qüvvələrdən azad olunması əməliyyatlarda fəal və uğurlu xidmətləri olur.
XTQ- nin Kəşfiyyatçı Giziri Namiq Xəlilovun , Azərbaycan Silahlı Qüvvələrindəki on illik hərbi qulluğu dövründə əhəmiyyətli dərəcədə fəaliyyəti olur. O, seçilmişlər sırasında qardaş Türkiyə və qonşu Gürcüstan Respublikasında kurslara cəlb edilir.Türkiyədə keçirilən “EFES-2018” Çoxmillətli Ortaq Xalqların Xüsusi Təyinatlı Qüvvələrinin Yığma Komandasının tərkibində, iştirak edir. Namiq, Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətinə görə Fəxri-fərman və medallarla təltif olunur, “Hərbi Xidmətlərdə Fərqləndiyinə Görə 3-cü Dərəcəli Medal”ı, həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar Respublikada keçirilən Yubiley Paradında, (1918- 2018) “Yubiley Medalı”ilə təltif olunur!
Bəli, Namiq Vətənə , xalqına, elinə, dilinə sevgi dolu ürəklə xidmət edən yüzlərlə oğuldan biri idi! 28 ildən artıq – otuz ilə yaxın bir zaman kəsiyində, erməni işğalı altnda qalan, oğullarını haraya çağıran Vətən torpaqları Namiqdən də kömək diləyirdi! 2020-ci ilin sentyabrında torpaqlarımızı mənfur düşməndən azad etməyin məqam yetişdiyi anlarda ,Vətənin torpağını-daşını, havasını-suyunu düşmən nəfəsindən təmizləyəcəyinə and içən Namiq, ön cəbhəyə 26 sentyabrdan yola düşür! Murov yüksəkliyindən başlayaraq cəbhənin bir çox iştiqamətlərində terrorçu ermənilərlə mübarizə aparmağa başlayır. Vətənin azadlığı, xalqın xoşbəxtliyi, millətinin rifahı, körpələrin gələcəyi, müstəqil və rahat yaşaması naminə, ölümün gözlərinə açıq gözlə baxır! Çətin relyefə malik Kəlbəcərin dağlıq ərazilərində Hadrutda, Cəbrayılda, Xocavənddə bir çox ağır döyüş yollarından keçir. Düşmən mövqelərinin nəzarətə götürülməsində, erməni hərbçlərinin yuvalarının, hərbi obyektlərinin məhv edilməsində şücaətlə vuruşur. Daha sonra, qaydaya əsasən O, döyüş mövqeyini dəyişərək düşmənlə mübarizəni Füzulidə davam etdirir. Bir çox düşmən qüvvərinin eləcə də hərbi texnikalarının məhv edilməsində xüsusi fəaliyyəti olan Namiq Xəlilov, 2020-ci il oktyabrın 16-da Füzinin azad olunması uğrunda aparılan döyüşlərdəki mübrizə meydanında qəhrəmancasına şəhid olur.
XTQ-nin Kəşfiyyatçı Giziri, Şanlı Vətənin Qəhrəman övladı Namiq, 17-si oktyabrda Şirvanın əbədi ehtiram məskəni olan Şəhidlər Xiyabanında ana torpağa tapşırılır.
Xatırladaq ki, Vətən Uğrunda Şəhidliyə ucalan Namiq ölümündən sonra Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin sərəncamı ilə “Vətən Uğrunda”, “Kəlbəcərin azad olunmsına görə”, “Hərbi Xidmətlərinə görə” ,” Şücaətə görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Namiq Xəlilov ailəli idi. Onun Həsən və Ayan adlarında iki azyaşlı övladı vətənə-dövlətə, nənəsi Təzəgülə, babası İlyas ataya və bir də anası Aytəkinə ən dəyərli əmanətləridir!

HƏMİDƏ FAZİLQİZİ
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma