Vətən müharibəsi şəhidi – Amal Seyfəddin oğlu Alışanlı

Amalın arzusu, amalı bütün silahdaşları kimi vətənin bütövlüyü uğurunda başlanan savaşda, erməni işğalçılarına sarsııdıcı zərbələr endirmək, onları geri oturtmaq,işğal altında olan torpaqlarımızı düşmən qüvvələrindən azad etmək və qələbə çalmaqdan ibarət idi. 2020‐ci ilin 27 sentyabrında, erməni işğalçıları cəbhəboyu ərazilərdən bir necə istiqamətdə, Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən hərbi mövqelərimizi atəşə tutanda, ermənistan tərəfinin təxribatı nəticədində mülki əhali və hərbçilərimiz arasında itgilər olanda Amal, bir daha düşməndən qisas alacağına şərəflə and içdi! Çəbhəyə yollandığı gündən, altı həftə yarımlıq vətən müharibəsinin, ömrünə yazılan bir həftəlik mübarizsində Amal, Azərbaycan tarixinə öz silahı və əsgər boyu ilə daha bir tarixi imza atdı; ‐”Vətən Müharibəsinin Şəhidi Amal Alişanlı” imzasını!
Şirvan şəhərindəki M.Osmanov adına 20 nömrəli tam orta məktəbin 2018-ci il məzunu, Amal Seyfəddin oğlu Alışanlının sinif rəhbəri, mənəvi anası, məktəbin rus dili və ədəbiyyatı müəllimi Hicran Qasımova ilə müsahibəmizdə, Amalın keçdiyi şərəfli yollarına birlikdə nəzər saldıq. Müsahibəmizdə H. Qasımova bildirdi ki; ‐Birinci Qarabağ müharibəsi illərində bir məzununu şəhid vermiş məktəbimiz, illər sonra təkrar olaraq, daha iki məzun şəhidlərinə qucaq açdı! Həmin şəhidlərdən biri də məktəbimizin 2018‐ ci il məzunu, Amal Alışanlı oldu.


Amal Alışanlı, məktəbimizin sevimli şağirdlərimdən idi. 2001-ci il fevraln 11‐də Yardımlı rayonunun Qabaqdibi qəsəbəsində dünyaya göz açan Amal, bir yaşıdan valideynləri ilə birlikdə, köçüb Şirvanda yaşayırdı. 2007-ci ildə A. Alişanlı, Şirvan şəhər M. Osmanov adına tam orta məktəbin birinci sinfinə daxil oldu.On bir il 20 nömrəli məktəbdə təhsil alan A. Alışanlı, dərslərini yaxşı oxuyurdu, O, nizam‐ intizamlı, ünsiyyətcil, olduqca mehriban bir şagird idi. Amal, təhsil aldğı bu on bir il müddətində öz elcanlılığı, vətənpərvərliyi ilə fərqlənərdi. 2018-ci tədris ilində, rəhbərlik etdiyim sinfin məzunu olan A. Alışanlı, ailəsinə dəstək üçün müxtəlif sahələrdə çalışırdı. Zəhmətə bağlı valideynlərindən aldığı tərbiyə, Amalın hərbi xidməti dövründə də özünü büruzə verirdi. 2019- cu ilin aprelində Şirvan şəhərindəki, Hərbi Səfərbərliyə Çağırış şöbəsindən həqiqi hərbi xidmətə çağırılan Amal Alışanlı, Gəncə şəhərindəki “N”saylı hərbi hissədə xidmət edirdi. Bir neçə aydan sonra isə o, Xüsusi Təyinatlı Dəstədə xidmət etmək üçün, Çəlilabad rayonunun Göytəpə sərhəd zastavasına göndərildi.Hərbi xidməti dövründə bacarıqlı, eyni zamanda nümunəvi bir əsgər olaraq, komandirlərinin hörmətini qazanan Amal Alışanlı, Xüsusi Təyinatlıların təlim məşqlərimdə, yetəri hərbi biliklərə yiyələndi. Məqsədi hərbi xidmətdən tərxis olunduqdan sonra, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində qalmaq, Vətənə ləyaqətlə Müddətdən Artıq Xdmət etmək, habelə döyüş taktikalarının sirrlərinə. mükəmməl yiyələnmək idi. Amalın, hərbi xidmətini başa çatdırmasına bir neçə gün qalırdı. Ölkədə başlanan Vətən müharibəsi, onun cəbhəyə yollanmasına, erməni terrorçuları ilə mübarizə aparmasına səbəb oldu. Anası Heyranə xanımla son dəfə 2020‐ci il sentyabr ayının 25‐də telefonla danışan Amal, ondan xeyir-dua istədi. Bu onun ailəsi ilə sonuncu əlaqəsi oldu.


Müsahibim Hicran Qasımova, söhbətinə davam edib daha sonra dedi ki, Amalın ilk döyüş yolları, Füzuli rayonundan başlayıb. Cəsarətlə döyüşərək, düşmən tapdağından azad edilən torpaqlarda irəliləyən Amal, qəddar erməni qüvvələri ilə son ana qədər döyüşüb. O, keşməkeşli döyüş yollarını Cəbrayıl rayonuna qədər davam etdirib.
Cəsurluğunu düşmənlə mübarizəsində bir daha isbat edən Amal, 2020-ci ilin 2 oktyabr tarixində xalqını, millətini Qarabağa aparan yollarda- Cəbrayılın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Müəllim, sinif rəhbəri, həm də mənəvi ana olan H.Qasımova daha sonra dedi:‐ Amal haqqında danışmaq mənim üçün həm kədərli, həm də qürur vericidir. Kədərlidir ona ğörə ki, Amalın həyata keçməyən çox arzuları var idi! Qürur vericidir ona ğörə ki, Amal Azərbaycanın Qarabağa qovuşması uģrunda, qarı düşmənlə mübarizə apararkən şücaətlər göstərərək qəhrəmancasına şəhid oldu! Amal, indi təkcə Heyranə xanımın və Seyfəddin Alışanovların övladı deyil, bütün Şirvanlıların övladıdır! O təkcə, özündən yaşca kiçik qardaşı Kamalin deyil, həm də. bütün Şirvanlıların qardaşıdır!Müsahibəmizdə iştirak edən, Şirvan şəhər M. Qsmanov adına 20 nömrəli tam orta məktəbin təşkilatçı müəllimi Ərəstun Qasımovun dedikləri:‐ 20 nömrəli məktəbin şəhid məzunu Amal Alışanlının xatirəsi ,məktəbimizdə şagirdlərimiz və müəllim kollektivimiz tərəfindən tez‐tez yad edilir. Bunu da bildirmək istərdim ki, Şəhid məzunumuzun cənazəsi, valideynlərinin istəyi ilə doğulduğu Yardımlı rayonunun Qabaqdibi qəsəbə qəbristsnlığında ehtiramla dəfn edilib. Lakin Amal, bizim yaddaşımızda və xatirələrimizdə, hətta məzunlarımızın sıralarında bu gün də mənən yaşamaqdadır! Biz, şəhid məzunumuz A.Alışanlını heç vaxt unutmayacağıq, xatirəsini yad edəcəyik. Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Amal Alışanlı, həmişə bizimlə olacaq!Bəli, hərbi xidmətdən yaşadığı Şirvan şəhərinə deyil, birbaşa cəbhəyə yollanan Amalın arzusu, düşmən üzərində qələbə çalmaq, mənfur erməniləri məğlub etmək, bayraqlarımızı uca zirvələrə taxmaq idi! Ürəyi düşmən güllələriylə susdurulan Amalın silahdaşları, onun bu arzularını gercəkləşdirdilər, rəşadətli Azərbaycan ordusunun hərbiçiləri düşməni məğlub etdi! Qalib ordumuzun şəhidi, Amal Seyfəddin oğlu Alışanlının qanı yerdə qalmadı! İndi, bütün şəhidlərimiz kimi Amalın ruhu da şaddır! Amal bu gün, müəllimlərinin və xalqımızın gözlərində silahı ilə tarix yazan bir qəhrəmandır! Vətənimiz, xalqımız bu gün, Silahlı Qüvvələrimizin rəşadətli şəhidi Amal ilə fəxr edir.

Yazılanlardan sonra;Amal Alışanlı, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə, 2020-ci ilin 4 oktyabr tarixində “Cəbrayıl uğrunda” , 17 oktyabrda, “Füzuli Uğrunda”, 2020‐ci ilin15 dekabr tarixində isə,”Vətən Uģrunda” və “İgidliyə Görə” medalları ilə təltif edilib. Yeri cənnət olsun.

HƏMİDƏ FAZİLQIZI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma