Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb – FOTO

Əzəli Azərbaycan torpaqları uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərimizdən biri oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə xalqın rəğbətini qazanmış Xudayar Yusifzadədir.

Belə ki, “E-qəzet”in məlumatına görə, heykəltaraş Jalə Əliyeva şəhid Xudayar Yusifzadənin büstünü hazırlayıb.

Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Ağbənd qəsəbəsində şəhid olmuşdur.

Tanrı bütün şəhidlərimizi rəhmət eləsin, onların əziz xatirəsini ehtiramla yad edirik!

Bir şərh

Bir şərh yazın