Məharətli döyüşçü – Şəhid Məharət Həsənov

Şəhidlik əbədi bir həyat demək
Şəhidlik, əbədi səadət demək!


Əbədi həyatın sakini, haqq yolunun davamçılarından olan Məharət də cəbhəyə könüllü gedənlərdən idi. Vətən torpaqlarını azad görmək, xalqının əzilmiş qürurunu bərpa etmək, Vətən uğrunda ölüm-dirim mübarizəsinə qoşulmaq, onun çoxdankı istəyi idi.Minlərlə oğulların qorxmadan, düşmən üzərinə yeridiyi günlərdə, Məharət də peşə alətini silaha dəyişənlərdən olur, düşmənə qarşı əks hücum əməliyyatına da elə müharibənin başlandığı ilk günlərdən qoşulur.


Həsənov Məharət Ramil Oğlu, 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində təvəllüd tapır. 1994-cü ildə Şirvan şəhərindəki Mübariz İsrafilov adına 18 nömrəli məktəbin birinci sinfinə daxil olur. İdmana böyük marağı olduğundan “Yunan-Roma” güləşi novü ilə məşğul olur. Gənclər arasında keçirilən yarışlarda iştirak edən M. Həsənov Respublika üzrə üçüncü yerə çıxır. Fəxri fərmanla mükafatlandırılır və sertifikatlar alır. O, eyni zamanda bərbər peşəsinə də yiyələnir. Xalqa mədəni xidmətlər göstərən Qəhrəmanımız, 2006-cı ildə həqiqi hərbi xidmətə cağırılır. Xidmətini Tərtər rayonundakı “N” saylı hərbi hissədə həyata keçirir .General Polad Həşimovun əsgəri olan Məharət, həm də manqa komandiri xidmət göstərir. Xidməti dövründə üç aylıq “Atıcılıq” hərbi ixtisas kursu da keçir və Ķiçik Çavuş rütbəsi alır. 2008-ci idə ordudan tərxis edildikdən sonra, Şirvana qayıdan Məharət Həsənov, yenidən idman fəaliyyətini və bərbər peşəsini davam etdirməyə başlayır. Ailədəki dörd övladdan biri olan M. Həsənov, atası dünyasını dəyişdiyi vaxtdan, anası Xurma ilə birgə ailənin qayğılarını çiyinlərində daşıyır.


2016-cı ilin Aprel döyüşlərindən sonra ermənilərin törətdiyi silsilə müharibələr, Məharətin də qürurunu silkələyir. General Polad Həşimovun şəhidliyindən sonra isə düşmənə olan sonsuz nifrəti, bir çox azərbaycanlılar kimi onun da qəlbində düşmənə olan qisasçılıq hissini artırır. Müraciətdən sonra Məharət, Şirvan Şəhər Hərbi Səfərbərliyə Çağırış Şöbəsində qeydiyyatan keçir, sayca 43- cü könüllü olur. Vətən Müharibəsinin başladığı 2020-ci ilin 27-si sentyabrında, düşmənə qsrşı əks hücum əməliyyatna 29-u sentyabrdandan yollanan Məharət, Vətən Müharibədində döyüşlərə cəbhənin Füzuli istiqaməgindən başlayır. Xilaskar ordumuzun sıralarında düşmənə qarşı məharətlə döyüşür. Füzuli, Cəbrayıl, Ağdərə, Hadrut istiqamətində işğalçı düşmən qüvvələrlə, şücaətlə mübarizə aparır. O, sərrast atıcı olaraq, düşmən mövqelərinə layiqli zərbələr endirir. Ermənilərlə mübarizədə peşəkarcasına döyüşərək, hər qarış torpaqda irəli addımladıqca, həm də qələbə arzularının reallaşacağı günlərin yaxınlaşdığını hiss edir. Erməni hərbçilərini məhv etmək, vətəni bütövləşdirmək, azad vətən torpaqlarına üç rəngli Azərbaycan bayraqlarını taxmaq arzusu ilə, düşmən üzərinə addım-addım cəsarətlə yeriyir! Erməni qüvvələrinin, Müzəffər Azərbaycan Ordusunun qarşısında məğlub olduğunu gördükdə isə qələbənin tezliklə əldə ediləcəyini hiss edir! Məkrli erməni əsgərlərinin ayaqlarının torpaqlarımızdan kəsilməsi üçün var qüvvəsini səfərbər edən Məharət, Füzulinin bir neçə kənd və qəsəbəslərinin işğaldan azad edilməsində, mənfurlarla ölüm -dirim mübarizəsi aparır. Azərbaycan tarixinin ən yeni qəhrəmanlıq səhifəsinə O, 2020-ci ilin 14-ü oktyabr tarixində- Vətən Müharibəsinin on yeddinci günündə, azğın düşmənlə vuruşda, Füzulidə gedən döyüşlər zamanı, yadelllilərlə sonadək rəşadətlə vuruşaraq, qəhrəmanlıqla şəhid olur.
Vətən, torpaq, millət, el yolunda şəhadətə yüksələn Məharət Ramil oğlu Həsənovun tabutu, bir ģün sonra-oktyabrın 15- i doğulduğu Şirvan şəhərinə gətirilərək böyük izdihamla Şirvanın Şəhidlər xiyabanında torpağa tapşırılır.
Düşmən postlarını və mövqeylərini, hərbi texnikalarını məhv edərkən qəhrəmancasına şəhidlik məqamına yetişən Məharət Həsənovun xatirəsi daim əziz tutulur. Ramil adlı bir oğul yadiğarı olan şəhidin, bir vaxtlar yaşadığı M. Ə. Rəsulzadə küçəsi Ev 17/ 102 nömrəli mənzilin qarşısında, xatirəsinin əbədiləşdirilməsi üçün Xatirə Guşəsi və Ehsan Bulağı tikilib. Ailəni, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov və Şirvan bələdiyyəsinin məsul işçiləri, İctimai Nəzarət Şöbəsinin əməkdaşları tez-tez ziyarət edirlər.


Ali baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhid Məharət Ramil oğlu Həsənov, ölümümdən sonra “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə”,”Vətən Uğrunda” medallar ilə təltif edilib.

HƏMDƏ FAZİLQIZI
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma