VƏTƏNİN, ELİN NURU ŞƏHİD ELNUR QARAYEV

Çalın asta-asta, siz məzar üstə
Bir “Yanıq Kərəmi”, bir də “Şikəstə”!
Hər məzar daşından, bir tarix istə
Vətənin Şəhidin, ellərdən soruş!

Vətən unutmayır elin yasını!
Analar geyməsin qəm libasını!
Saçların, qar kimi ağarmasını
“Balam vay”!- söyləyən dillərdən soruş!

Mail Əhməd


Düşmənin işğal altında saxladığı əzəli torpaqlarımızın müdafiəsinə qoşularaq, qırx dörd günlük Vətən Müharibəsində əldə olunan qələbədə payı olan igidlərimizdən biri də, Elnur Qarayevdir! Vətənin müdafiəsinə könüllü gedərkən Elnur, Azərbaycan xalqının zəfər tarixinin şanlı səhifəsi olan Vətən Müharibəsində, minamyotçu olaraq döyüşlərə başlayır. Lazım gələrsə müqəddəs torpaqlarįmızı qanı ilə suvaracağına, canını Vətənə qurban edəcəyinə and içir! Vətən uğrunda şəhidlik məqamına yüksələrkən də Elnur özü, vətənin bir parçasına dönür!
1996-cı il , noyabrın 13-də Şirvan şəhərində dünyaya göz açıan Qarayev Elnur Qalib oğlu evin ortancıl övladı idi. Valideynləri ayrıldıqdan sonra Elnuru anası Mahirə xanım, üç yaşından tək-tənha böyütməyə başlayır. Kiçik tibb işçisi olan Mahirə xanım üç balasını maddi çətinliklər içərisində böyütsə də onları, gözəl tərbiyə verərək onları cəmiyyət üçün yararlı vətəndaş olaraq yetişdirir!

Şirvan şəhərindəki Sadıq Hüseynov adına 1 saylı Məktəb-Liseydə 2003-cü ildə orta təhsilə başlayan Elnur da elə ilk günlərdən, sinifdə məsuliyyətliliyi, davamiyyəti, dərslərinə ciddi yanaşması lə müəllimlərinin sevimlisi olur. 2014-cü ildə orta təhsilini başa çatdırdıqdan sonra müxtəlif sahələrdə işləyən Elnur , 2016- cı ildə Həqiqi Hərbi Xidmətə çağırılırır. Xidmətini Ağcabədidəki “N”saylı hərbi hissədə yerinə yetirir, nümunəvi xidmətlərinə görə bir neçə dəfə fəxri fərman və təşəkkürnamələrlə təltif olunur. Kursa göndərilir, Minamyotçu, və Rabitəçi ixtisasılarına yiyələnir. 2016-cı ildə ermənilərin, yeni torpaq iddiası ilə başlatdığı Dördgünlük Aprel döyüşlərində, Elnur da əsgər yoldaşları və zabitlərlə birlikdə düşmənlərlə mübarizə apararaq, ermənilərin yeni torpaq iştahına sədd çəkənlərdən biri olur. Düşmən həmlələrinin qarşısınin alınmasında, maneələrin dəf edilməsində, nankor qonşuların geri oturdulması uğurunda hərbi əməliyyatlarda Elnurun da əhəmiyyətli dərəcədə rolu rolur. 2017-ci ildə əsgəri xidmətini başa çatdıraraq, ordudan tərxis edildikdən sonra Şirvana qayıdan Elnur, çox keçmədən Sumqayıt şəhərində, Azərbaycan Nəqliyyat -Yüksək Texnoloğiya Nazirliyinin Hərbləşdirilmiş Mühafizə İdarəsində Mühafizəçi Xidmətinə başlayır. Xoş rəftarı, məsuliyyəti, gərəkli anlarda isə ciddiliyi və tələbkarlığı ilə kollektivin etibarını qazanır.
dövlətimizin qayda və qanunlarını, bayrağını, qədimliyini və zənginliyini ürəkdən sevən qəhranımız, 2020-ci ilin 21 sentyabrından könüllü olaraq təlimlərə qoşulur. Ölkəmizdə başlanan Vətən Müharibəsinin ilk anlarından isə o, könüllü olaraq ön cəbhəyə yollanır! Vətənin işğaldan azad edilməsi, torpaqların bütövləşdirilməsi, bərpası məntiqinin reallaşdırılması üçün bütün təcrübəsindən yararlanaraq istifadə edir!


Cəbhənin Füzuli istiqamətindən minamyotcu və manqa başçısı kimi düşmən üzərinə yürüyən Elnur, Vətən Müharibəsində düşmən qüvvələrinin məhv edilməsini, düşmən hərbi texnikasını sıradan çıxarılmasını fədakarlıqla təmin edir. Zəngilanın, Xocavəndin düşmən əsarətindən qurtulmasında, işğalçı ermənilərə qarşı mübarizədə əsl döyüşçü şücaəti ilə vuruşur! Ağır döyüş şəraitində mübarizəni davam etdirərək, öz hünəriylə, xeyiri-şəriylə millət olan millətinin firavanlığı və gələcəyi naminə, müqəddəs Azərbaycan torpaqlarının bərpası yolunda öz canları-qanları ilə azadlıq toxumu səpən yaralı silahdaşlarınıa köməklik göstərir. Şəhid olan məsləkdaşlarını neytral ərazilərdəki güllə yağışları altından çıxarılmasında əsl qəhrəmanlıq ifadəsini isbat edir! Hünərvərlik nümunəsi olan Vətən müharibəsində, mənfur düşmənə qarşı qəhrəmanlıq şücaətləri ilə vuruşur! Minamyotçu Elnur Qarayev, döyüşlərdə Xocavəndin çətin relyefə malik bir çox ərazilərinin düşməndən azad olunmasını təmin edir. Lakin təəssüf hissi ilə bunu da qeydə alaq ki, özü pusquya salınaraq mühasirəyə alınan Elnur, bir neçə gün mühasirədə qalır, axırıncı sursatına qədər vuruşaraq qəddar düşmənlərlə gərgin mübarizələr aparır!
Azərbaycan bayrağını öpüb, başı üzərinə qaldıran , “Hər şey Vətən üçün !” -deyən qəhrəmanımız, düşmənə əsir düşməmək üçün, 2020-ci il noyabrayının 2-də, son andaca, axırıncı qumbarasını partladaraq özünü şəhid, dörd düşmən qüvvəsini isə məhv edir!
Yüzlərlə azərbaycanlı gənci kimi, Vətən Müharibəsində Şanlı Qələbənin, haqqın-ədalətin bərpası üçün canınıı qurban verən, şəhid olmağı hər şeydən üstün tutan şücaətli şəhidimiz E. Qarayevin tabutu, noyabrın 18-də doğulduğu Şirvan şəhərinə gətirilərək, son vidadan sonra böyük izdihamla Şirvan İcra Hakimiyyəti, və Hərbi Hissə Heyyəti nümayəndələrinin, şəhər ictimaiyyətinin iştirakı ilə, Şirvanın Şəhidlər Xiyabanında ehtiramla torpağa tapşırılır!
Öz şəhadəti ilə tariximizə daha bir tarix yazan şəhid Elnur Qarayevin bu şəhadəti, əldə olunan tarixi qələbənin, yüzlərlə ELNURLARIN torpaq üstə tökülən al qırmızı qanı ilə bizlərə qismət olduğunu bir daha isbat etdi! Elnurun seçdiyi bu müqəddəs yol onun, vətənini canından daha çox sevməsinə bir daha əminlik gətirdi! Xatıladaq ki, qəhrəman şəhidimiz Elnur Qarayevin ailəli idi və onun şəhid olarkən üç ay idi ki, Zəhra adlı bir qız övladı dünyaya gəlmişdi.


İnsanlıq adına böyük nümunə olan, xatirəsi uca tutulan Vətən Müharibəsi şəbidi Elnurun, bu rəşadətinə dövlətimiz tərəfindən diqqətlə yanaşılmaqda və xatirəsi hər zaman yad edilməkdədir. Azərbaycan Respublikası Prezidenti, Müzəffər, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Elnur Qarayevin, ölümündən sonra “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə ” medalları ilə təltif olunub.
Şəhid Elnur Qarayevin xatirəsinin əbədiləşdirilməsi üçün, onbir il təhsil aldığı Şirvan şəhər, Sadıq Hüseynov adına 1 Saylı Xüsusi İstedadlılarla Təhsil üzrə Məktəb-Liseyin foyesində məktəbin direktoru, Əməkdar Müəllim Rəfiqə Atayevanın şəxsi təşəbbüskarlığı ilə “Xatirə Guşəsi” yaradılıb, məktəbin həyətində isə plakatları qurulub. Bunu xüsusi ilə vurğulamaq yerinə düşər ki, 2021-ci ilin 6 noyabr tarixində həmçinin, yuxarıda adı gedən Məktəb-Liseyin həyətində inşa edilən “Elnur Bulağı”inın açılış mərasimi keçirilib.
Şəhidin, bir vaxtlar yaşadığı Gülbala Şıxbalaoğlu küçəsi döngə 1 / ev 43 ünvanında, plakatları və xatirə lövhələri vurulub, adına tikilən “Ehsan Bulağı”, sakinlərin istifadəsinə verilib.
Məkanın Cənnət olsun nur üzlü şəhidimiz,
bu Vətən ELin NURu olan sənin kimi qəhrəman şəhidini heç vaxt utmayacaq!

HƏMİDƏ FAZİLQIZI
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma