BU YOLUN DÖNÜŞÜ YOX – Şəhid Əli Quliyev

Doğma Azərbaycan tarixində, yeni qəhrəmanlıq salnaməsinin yazıldığı 2020-ci ilin 27-si sentyabrından, düşmənə qarşı əks hücum əməliyyatlarının başlanması ilə, azərbaycan övladları, onları Qarabağa aparan yollara çıxdı. Ermənilərin, ərazilərimizi ağır artilleriya atəşlərinə tutduğu andan “Bu yolun gedişi var, amma dönüşü yoxdur” deyənlərdən, bu yollarla düşmən üzərinə yürüyənlərdn biri də Əli oldu. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində, həmçinin Vətən Müharibəsində, düşmənə baş əyməyən Oğuz nəslinin davamçılarından olduğunu Əli, əməlləri ilə bir daha düşmənə sübut etdi. Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Əli Tədbir oğlu Quliyev, 1984-cü il sentyabrın 9-u İmişli rayonunun Otuziki kəndində anadan olub. 1990-2001-ci illərdə Otuziki kənd məktəbində orta təhsil alıb. Məktəbi bitirdikdən sonra, 2002-ci il oktyabrın 5-də həqiqi hərbi xidmətə yollanıb.
Öyrənirik ki, ölkəmizin sərhədboyu rayonlarından birindəki “N” saylı hərbi hissədə xidmət edən Əli Quliyev, əsgəri borcunu layiqincə yerinə yetirir. Hərbi xidmətini başa çatdırmağına altı ay qalmış Bakıda, Təlim- Tədris Mərkəzində kurs keçir və Gizir rütbəsi alır. Hər bir azərbaycanlının şərəf məktəbi sayılan əsklgərlik həyatına başladığı elə ilk günlərdən ; “Azərbaycan əsgəriyəm, bu ada qurban!” ‐deyən, Vətənin keşiyində əzmlə, sədaqətlə dayanacağına and içən Əli, kənd bələdiyyəsinin üzvü olan atası Tədbir müəllimdən və evdar qadın- anası Almaz xanımdan xeyir- dua alar.
“N” saylı hərbi hssədə Müddətdən Artıq Hərbi Xidmətə başlayır. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiytat Bölüyünə üzv olur! Silahlı Qüvvələrində qulluğa başlayan vaxtdan , Vətənə nümunəvi xidmətləri ilə şəxsi heyyətin və komandanlığın hörmətli qazanır. Əli Quliyev, dəfələrlə fəxrifərman və təşəkkürlə təltif edilir, 2008-ci ildə, Azərbaycan Ordusunun yaradılmasının 90 illik yubileyi ilə əlaqədar, Bakıda keçirilən hərbi paradda iştirak edir və yubiley medalı ilə təltif edilir.
Baş Gizir Əli Quliyev, 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasıın 95 illiyində Yubiley medal ilə təltif edilir. 2018-ci ildə, ordumuzun paytaxt Bakıda kecirilən 100 illik yubiley paradında iştirak edir və medal ilə mükafatlandırılır.
Bunu, xüsusi ilə vurğulamaq mühümdür ki, illərlə Azərbaycanın bir çox cəbhəboyu rayonlarında yerləşən hərbi hissələrdə qulluq edən XTQ-nin Baş Giziri Əli Quliyev, Birinci Qarabağ müharibəsindən başlayaraq, atəşkəs dövründəki bütün Azərbaycan Şəhidlərinin qanı tökülən hər kəndi, hər rayonu canlı abidə hesab edir! Ömrünün mənasını Vətənə qulluq etməkdə görən Əli, təcrübəli kəşfiyyatçı kimi 2016-cı ilin Aprel döyüşlərində ,Tərtər ratonunun Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Talış və digər strateji mövqeylərimizin geri alınması istiqamətində düşmənlə mübarizələr aparır. Həmin döyüşlər zamanı Əli, bir kəşfiyyatçı olaraq dörd erməni terrorcusunu əlbəyaxa döyüşlərdə zərərsizləşdirərək, məhv edir. Döyüşlər zamanıı, özü iki yetdən yüngül güllə yarası alsa da bunu, doğmalarından gızli saxlayır. Xeyli sonralar isə, 2016-cı illin Aprel döyüşlərindən yadigar saxladığı hər iki güllənin xoşagəlməz xatirələrindən qardaşı – veteran hərbçi Zaur Quliyevə söhbətlər açır. Əli, növbəti illərdə də Aprel döyüşlərinin üstünlüyünün sevincini yaşayan kəşfiyyatçı kimi, bu sevinci gələcəyə daşıyanlardan olur! Canı və qanı ilə Vətənə qurban olmağı gözə alan Əli, torpağa olan məhəbbətini 2020-ci ilin Tovuz döyüşlərində də isbat edir! XTQ-nin Baş Giziri, on səkkiz ilin kəşfiyyatcısı Əli Quliyev, düşmən üzərinə yürüşünü davamlı olaraq, 2020-ci il sentyabrın 27-də əks hücumla davam etdirir. Vətən müharibəsi başlayandan Əli, suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və işğal altında olan ətraf rayonlarımızı, erməni tapdaqlarından azad etmək və müstəqilliyimizin mücəssimi olan Azərbaycan bayrağını yüksəklərə qaldırmaq ücün, bütün daxili qüvvəsindən istifadə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin, düşmənə qarşı əks hücum əməliyyatına başlamaq əmrinə qürurla xidmət edən qəhranımız, Vətən Müharibəsində soyuq səngərlərdə yalın əllərlə, avtomatsız, silahsız olaraq dəfələrlə, düşəmənin onlarla canlı qüvvəsini xüsusi taktikalarla məhv edir. Dağlarda, dərələrdə on səkkiz ildən artıq kəşfiyyatçı olaraq keçdiyi müxtəlif hərbi təlimlər, Əlinin cəbhədəki xidmətlərinin vacibliyini önə çəkir.
Əli, Füzulidən başlayan döyüşləri Cəbrayılda, Hadrutda, Zəngilanda , Qubadlıda davam etdirir.
Ermənilərin silah və sursat anbarlarının, postlarının zərərsizləşdirilməsində, ağır itki verərərək geri çəkilməyə məcbur edilməsində, hərbi texnikalarının qənimət götürülməsində Əlinin, silahdaşları ilə birlikdə xüsusi xidmətləri olur.
O, son ana qədər Şanlı Ordumuzun zəfər çalacağı, üçrəngli bayrağımızın Cıdır düzündə dalğalanacağı günün arzusu ilə döyüşür! Ordumuzun qüvvəsinin-qüdrətininn nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində, şücaətləri ilə təstiq edən Əli Quliyevin, təəssüflə qeydə alaq ki, sonuncu döyüşü, Azərbaycanın zəfər dolu payızında – 2020-ci il oktyabrın 27-də Xocavənd rayonunun, Yağlivənd kəndində gedən döyüşlərdə olur. Növbəti dəfə səngər döyüşləriniı həyata kecirərkən, düşmənin canlı qüvvələrinə qan udduran qəhrəmanımız Əli Tədbir oğlu Quliyev, düşmən snayperinə tuş gələrək şəhid olur!

Hərb sahəsində qulluq etdiyi illər boyunca Əli, bir azərbaycan hərbçisi kimi içdiyi anda hər zaman sadiq qaldı! Azərbaycanin Şanli Zəfər tarixinə, adını qızılı hərflərlə yazaraq, şəhidlik zirvəsinə yüksəldi! Qəhrəmanız Əli, xalqının‐ millətinin firavanlığı,azadlığı ,Vətənin bütövlüyü naminə, çətin və şərəfli bir yolda şəhid oldu! Son rahatlığını doğulduğu İmişli rayonunun Otuziki kəndindəki, babalarının uyuduğu el qəbristanlığında tapan Vətən fədaisi Əli Quliyev, xalqın yaddaşında əbədi bir ömür hekayəsinin qəhrəmanına döndü! İndi qəhrəmanımızın müqəddəs məzarı doğmaları, dostları, silahdaşları, İmişli rayon İcra nümayəndiyi, Rayon İctimaiyyəti və Bələdiyyə əməkdaşları, təhsil aldığı Otuziki kənd məktəbinin müəllim və şagird kollektivi tərəfindən tez-tez ziyarət etməkdədir. XTQ-nin Baş Giziri şəhid Əlinin, zirvələrə sancmaq arzusunda olduğu. Azərbaycan bayrağı, indi onun müqəddəs məzarı üzərində və silahdaşlarının, şəhiddaşlarının qanı‐canı ilə azadlığına qovuşan-bütövləşən Qarabağda dalğalanmaqdadır!
Məkanın cənnət olsun şəhid qardaş, əziz Vətən oğlu! Yadigarların – oniki yaşlı Məhəmmədəli və on yaşlı Müsəl, hər zaman ruhunun zirvələrdə olmağı ilə, yazımın əvvəlində dediyim kimi; gedişi olan amma dönüşü olmayan bu çətin yoldan dönməzliyin, yenilməzliyin ilə fəxr edəcəklər!

XTQ-nin Baş Giziri Quliyev Əli Tədbir oğlu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Həmidə Fazilqızı (Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma