Təcrübəli pedaqoqu tanıyaq – Mədinə müəllimə

Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

Heydər Əliyev

Respublikamızın bütün bölgələrində olduğu kimi , Şirvan şəhərində də təhsil sisteminin məqsədlərindən biri gənc nəslin, hərtərəfli biliklərə malik olmaqla yanaşı, xalqa, millətə , vətənə məhəbbət və sədaqət ruhunda tərbiyə edilməsindən ibarətdir.

Sağlam cəmiyyət üçun yetişdirilən hər bir şagird isə onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etməli, əla qiymətlərlə oxumalı, bilik və bacarıqlarının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atmalıdırlar. Fəxrlə deyə bilərik ki, Şirvanın ümumtəhsil məktəblərində õvladlarımızın təlim-tərbiyəsinə, təhsilinə xüsusi diqqət verilir. Şübhəsiz ki, burada müəllim əməyi əsas õnəm daşıyır. Bir bağban kimi, yetişdirdiyi meyvələrinin bəhrəsini görmək istəyən müəllimlərimiz yüzlərlədir. Belə əməksevər müəllimlərdən biri, Şirvan şəhərindəki Sadıq Hüseynov adına I nõmrəli Məktəb Liseyin ibtidai sinif müəllimi, õmrünün 40 ildən çoxunu şagirdlərinə həsr edən təcrübəli pedaqoq, Mədinə Həbibi-İbadova ilə tanış olacağıq. Şagirdlərinə sanki bir mayak olan Mədinə müəllim, onların bir şəxsiyyət olaraq yetişməsi və hərtərəfli biliklərə yiyələnməsi üçün, bütün potensiyasından maksimum dərəcədə istifadə edir. Çağdaş Azərbaycan gəncliyinə tõfhə olaraq, yetişdirdiyi hər şagirdinin, dərs keyfiyyətinə xüsusi diqqət ayıran Mədinə müəllimin, həyat yollarına nəzər saldıqda öyrənirik ki, o əslən Təbrizdən olan 1949‐cu ildə köçərək Azərbaycana gələn və Şirvanda özünə ev quran Həbibi Hüseyn Təbrizinin ailəsində, 1960-cı il, aprelin 4-də dünyaya göz açıb. Hüseyn Həbibinin dörd övladından ilki olan Mədinə,1967‐1977-ci illərdə Şirvanın Bayramlı qəsəbəsindəki 3 nömrəli məktəbdə orta təhsil alıb. Məzun olduğu il, Əli Bayramlı Pedeqoji Məktəbinə daxil olub, 1979-cu ildə məktəbi bitirdikdən sonra, ilk pedaqoji fəaliyyətinə Saatlı rayon məktəbindən başlayıb. Bir il ibtidai sinif müəlimi işlədikdən sonra, ailə vəziyyəti ilə əqədar Şirvan şəhərinə köçüb.
Şirvan şəhərindəki 11 nömrəli məktəbdə 1981‐1989-cu illərdə əvəzçi müəllim işləyib. Mədinə İbadova ,1990-cı ildən pedaqoji fəaliyyətini xüsusi istedada malik olan şagirdlər yetişdirən, Şirvan şəhərindəki Sadıq Hüseynov adına 1 nömrəli Məktəb Lliseydə davam etdirib. O ailə‐övlad qayğıları çəkməklə yanaşı, artıq uzun illərdir ki , işlədiyi kollektivdə qüsursuz, keyfiyyətli tədris prosesi ilə kollektivin və valideynlərin, etimadını doğruldub. M.Həbibi ‐İbadova , Sadıq Hüseynov adına 1 nömrəli Məktəb Liseydə də Metod-Birləşmənin sədri vəzifəsini məsuliyyətlə icra edir.

Təcrübəli pedaqoqun əsas məqsədi, dərs dediyi şagirdlərin bilik və bacarıqlarını, bütün istiqamətdə inkişaf etdirilməsindən ibarətdir. Müəllimlərin Təkmilləşdirilməsi kursunda iştirak edən Mədinə müəllim, dərs keyfiyyətinini daim yüksəltməyin qayğısına qalır. Obyektivliyi, ciddiliyi və tələbkarlığı ilə fərqlənən müəllimə , bir neçə dəfə Azərbaycan Təhsilinin İnkişafında Xidmətlərinə gõrə, fəxri fərman ilə təltif edilib. Yeni tədris metodu olan kurikulum üzrə təlim kursunu bitirən M. İbadova , 2017-ci tədris ilində Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində 46 bal göstərici ilə öncüllər sırasına qatılıb. Nümunəvi müəllim ailəsinin xanımı M.İbadova ixtisasca müəllim olan ömür-gün dostu Mais İbadov ilə birlikdə dörd övlad tərbiyə edərək böyüdüb.
Qızları Elnurə ibtidai sinif müəllimi, Əminə isə ingilis dili müəllimidir. Oğlanları, Elnur İbadovun Şirvanın işıqlandırılmasında önəmli əməyi var. Elçin İbadov isə Dəmir Yolu Stansiyasında çalışır. Mədinə müəllimin yetişkən şagirdləri sırasında, müəllim peşəsinə üstünlük verənlər daha çoxluq təşkil edir.
Keçmiş şagirdlərdən hüsuqşünas, mühəndis, mühafizəçi, hərbçi olanlar da var.

O 2016-cı ilin dörd günlük Aprel dõyüşlərinin və 2020-ci ilin Vətən müharibəsinin iştirakçısı olan
Məhəmməd Abbasovun adını iftixar hissi ilə çəkir. Bildirir ki, Azərbaycanın şanlı zəfər tarixində çalınan qələbənin sevincini, bizlərə yaşadanlardan biri də
M.Abbasovdur. O ata, ana və müəllim əməyinə hər daim dəyər verməyi bacaran keçmiş sagirdlərindəndir. Məhəmmədin, qısa məzuniyyət zamanı məktəbə gələrək Mədinə müəlliməni ziyarət etməsi, qəlbini fərəh hissi ilə coşdurur. Böyük inam hissi ilə deyə bilərik ki , Mədinə müəllimin hazırda rəhbərlik etdiyi dõrdüncülərdən ‐ Səbuhi Əhmədli, Tərlan Məmmədli ,Rüqəyya Vəliyeva, Ömər Qasımlı, Türkan İismayılzadə, Rza Əliyev, Nuray Mahmudova və digərləri əla qiymətləri və xüsusi istedadları sayəsində, Sadıq Hüseynov adına 1 nõmrəli Məktəb Liseyin ,həm də onun adını gələcəkdə , daha da yüksəldəcəklər!

Həmidə Fazilqızı (Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-jurnalist)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma