Müəllim – Şəxsiyyət yetişdirən şəxsiyyət

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

—Müəllim kimdir?

—Müəllim, işıq saçan və işıqlandıran insandır. O, köklü bir ağac kimidir, gənc beyinlərdə açan bir qönçədir. Müəllim
insanlığın, mərhəmətin, şəfqətin, saf duyğuların dostudur. Düşüncələri, baxışları
yetişdirən bağban, əyləndirərək öyrədən ziyalıdır. Sözü‐söhbəti hamı tərəfindən diqqətlə dinlənilən, gülərüzlü, şirinsözlü, qəlbi sevgi ilə dolu bir insandır.

Günəş kimidir müəllim, Günəş doğduğu andan öz çevrəsini işıqlandırdığı kimi, müəllim də ətrafındakı insanlara enerji verir, onların qəlbini səmimiyyət duyğusu ilə qızdırır. O, həm də şəxsiyyətlər yetişdirən bir, şəxsiyyətdir.
Millətin taleyində böyük rolu olan, cəfakeş və insanlığın, şəxsiyyətin, ədalətin, eləcə də elmin və biliyin memarıdır. Öyrətməsi heç zaman bitməyən, fədakar öyrədən, şagirdlərinin qabiliyyətini kəşf edən və onların yetişməsi üçün böyük qayğı göstərən mahir bir ustadır. Müəllim eyni zamanda şagirdlərinə yaxşını, doğrunu və yaxşılığı axtarmağa sövq edəcək bir insandır. Nümunəvi davranışlara yol göstərən pedaqoq, bacarığı və zəhməti ilə insanların qəlbinə ziya toxumu səpən, böyük zənginliyə malik sənətkardır. Sinifə daxil olarkən sevinən və sevindirən,
sinif otağında gurultu və parıltını ahəngə çevirən istedaddır müəllim.
Vətənini, millətini çox sevən, torpaģının bir parçası olduğunu heç zaman unutmayan böyük şəxsiyyətlərin müəllimidir, müəllim!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma